Day, Month 00, Year
00: 00: 00 AM
Bu kəndlərin içməli su təchizatı yaxşılaşdırılır - Fotolar

Hacıqabul rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Qızılburun və Qarasu kəndlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.
Sahibkartv.az xəbər verir ki, Hacıqabul rayonunun Qızılburun kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Vaxtilə kəndin bir hissəsinə Kür-Bakı magistral kəmərindən su verilib.
Lakin mərkəzləşdirlilmiş su şəbəkəsi olmadığından sakinlər fərdi çəkilmiş xətlərdən istifadə edib. Tikinti qaydalarına və texniki normalara cavab verməyən, bəzi hallarda bir neçə həyətyanı sahədən keçən xətlərlə sudan normal qaydada istifadə etmək mümkün olmurdu. Bəzi hallarda sakinlər içməli suyu maşınlarla almaq məcburiyyətində qalırdı.
Kür-Bakı magistral kəmərindən qidalanan Qarasu kəndində də mərkəzləşdirilmiş paylayıcı şəbəkənin olmaması, fərdi xətlərin isə yararsız vəziyyətə düşməsi kəndin su təminatında ciddi çətinliklər yaradırdı.
Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC tərəfindən Qızılburun və Qarasu kəndlərində içməli su layihələri həyata keçirilib. Qızılburun kəndinin mövcud su təchizatı sisteminin yenidən qurulması məqsədi ilə Kür-Bakı su kəmərindən 3 km magistral su xətti çəkilib, 13 km kənddaxili paylayıcı şəbəkə qurulub və 250-dək ünvana birləşmə verilib. Növbəti mərhələdə hər abunəçi sayğacla təmin olunacaq.
Qarasu kəndində icra olunan layihəyə əsasən kənddə 3 km magistral su kəməri, 27 km payılayıcı su şəbəkələrinin tikintisi planlaşdırılıb. Yeni yaradılan şəbəkədən 470 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.
Bu layihələr hesabına Qarasu və Qızılburun kəndlərinin 4 mindən çox  sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.



Tarix: 23-06-2021, 17:30 Oxunub: 232


Bölməyə aid digər xəbərlər