Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İcra başçısı gilas bağlarında məhsul yığımı ilə tanış olub

Baxış: 507
Xaçmaz rayonunun gilas bağlarında iyun ayının ilk günlərindən etibarən kütləvi məhsul yığımına başlanılıb.
Hazırda rayon ərazisində 2 min 508 hektar gilas bağı var. Onlardan 1856 hektarı bar verəndir. Bu bağlarda orta məhsuldarlıq 11 ton təşkil edir. Ötən il Xaçmazın gilas bağlarından 19 min tona yaxın məhsul yığılıb.
İyunun 14-də Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qoçaqlı kəndində salınan gilas bağlarında aparılan məhsul yığımı ilə yerində tanış olub.
Görüşdə dövlət tərəfindən həyata keçirilən aqrotexniki dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Meyvə bağlarının su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması sahəsində rayonda aparılması nəzərdə tutulan layihələrdən danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xaçmaz rayonunda 5 yeni subartezian quyusu qazılacaq. Bu da rayonda suvarmanın daha da yaxşılaşmasına, məhsuldarlığın artmasına səbəb olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.