Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Baxış: 144
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb


Bu gün Neftçala rayonu ərazisində, Kür çayının Xəzər dənizi ilə qovuşduğu hissədə 400 min ədəd nərəkimilər fəsiləsinə aid balıq körpəsi təbii mühitə buraxılıb.

Balıq körpələrinin təbii su hövzələrinə buraxılması proqramı çərçivəsində dövlət-özəl tərəfdaşlığı əsasında və dövlətə məxsus Xıllı Balıq MMC-nin iştirakı ilə balıqların Xəzər dənizinə buraxılması prosesi həyata keçirilib.

Ümumilikdə, Azərbaycanın su hövzələrində balıq ehtiyatlarının artırılması və biomüxtəlifliyin qorunması məqsədilə cari il ərzində 600 min ədədə yaxın ədəd, çəkisi 2–10 qram arasında olan nərə cinsli balıq körpəsinin təbii mühitə buraxıldı.

Qeyd edək ki, 22 may – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada 2 min ədəd orta çəkisi 0,5-1 kq arası nərə cinsli balıq körpəsinin Xəzər dənizinə buraxılması ilə bu ekoloji aksiyaya start verilib.

Həyata keçirilən tədbirlərin əsas məqsədi nəsli kəsilməkdə olan nərə cinsli balıq ehtiyatlarının bərpasına dəstək vermək, ekoloji tarazlığı qorumaq və su hövzələrinin biomüxtəlifliyinin daha da zənginləşdirilməsinə töhfə verməkdir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.