Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gəncədə sovet hökumətinin bağlatdırdığı pravoslav kilsəsi - VİDEO

Baxış: 739
“Aleksandr Nevski” pravoslav kilsəsi 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilib. Kilsə 1931-ci ildə sovet hökuməti tərəfindən bağlanıb.
1935-1938-ci illərdə kilsə muzey binası kimi istifadə edilib. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürülüb və kafedral anbar kimi istifadə edilib.
1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılıb. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.
2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.