
Sahibkartv.az xəbər verir ki, Kəlbəcər şəhərinə növbəti köç mərhələsi həyata keçirilib. Bu dəfə bölgəyə 29 ailə – cəmi 115 nəfər istiqamətlənib.
Köç edən ailələr ölkənin müxtəlif regionlarında, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar. İndi onlar doğma torpaqlarına qayıdaraq Kəlbəcərdə yeni həyatlarını qurmağa başlayacaqlar.
Bu mərhələ ilə birlikdə Kəlbəcərə geri dönən ailələrin sayı 81-ə, yəni 337 nəfərə çatacaq.

































