Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Lerikdə müəllim yol qəzasında ölüb Lerikdə müəllim yol qəzasında ölüb

Baxış: 460
Lerikdə müəllim yol qəzasında dünyasını dəyişib.
Sahibkartv Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik yolunun Lerik rayonunun Günəşli kəndi ərazisində baş verib.
Belə ki, 1968-ci il təvəllüdlü Əliheydər Feyruz oğlu Eyvazov idarə etdiyi UAZ markalı avtomobillə idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərədəki çaya aşıb və qaya parçasına çırpılıb. Zərbənin gücündən yaralı sürücü çaya düşüb. Nəticəsində avtomobilin sürücüsü rayonun Durğan kənd sakini, kənddə müəllim işləyən Ə.Eyvazov dünyasını dəyişib.
Mərhumun meyidi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.