Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şuşada çörək və şirniyyat müəssisəsi fəaliyyətə başladı

Baxış: 421
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.
Sahibkartv xəbər verir ki, istehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşada ilk sahibkarlıq subyektidir.
“Azcake” MMC-yə məxsus istesal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün “Azcake” MMC-yə dövlət dəstəyi göstərilib.
Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 6 nəfər işçi çalışır.
Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaq. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz verilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.