Day, Month 00, Year
00: 00: 00 AM
"Cəbrayıl və Zəngilan emal sənayesi mərkəzlərinə çevriləcək"

"Azərbaycan ordusunun erməni işğalından azad etdiyi, Araz çayının sahilində yerləşən Cəbrayıl və Zəngilan rayonları kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün böyük perspektivə malikdir. Bu rayonlar emal sənayesi mərkəzlərinə çevriləcək".
Bunu açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
"Cəbrayıl və Zəngilanda aqrar sektorun inkişafı prioritet məsələ olmalıdır. Hazırda təkcə məhsul istehsalı ilə kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək mümkün deyil, istehsalla yanaşı, emala da diqqət yetirmək, aqrar-sənaye kompekslərinin yaradılmasına investisiya qoymaq və investisiya cəlb etmək lazımdır. Sözügedən rayonlarda inkişafın bünövrəsi məhz müasir texnologiyalardan istifadə etməklə yaradılacaq aqrar-sənaye kompeksləri olmalıdır", - o bildirib.
Bundan başqa, onun sözlərinə görə, Zəngilan rayonu malik olduğu qızıl ehtiyatlarına görə mədən sənayesinin inkişafı üçün də böyük perspektiv vəd edir: "Yaxın illərdə dünya bazarında qızılın qiymətinin artacağı proqnozlaşdırılır. Bu da o deməkdir ki, Zəngilandakı qızıl yataqlarının istismarı ilə Azərbaycan potensial iqtisadi resurslar əldə etmiş olur. Hesab edirəm ki, qızıl istehsalı ilə yanaşı, ölkədə onun emalını həyata keçirəcək komplekslərin də yaradılmasına nail olmalıyıq.
Ümumilikdə həm kənd təsərrüfatı, həm də sənaye sahələrində emal komplekslərinin mövcudluğu Azərbaycanın regional sənaye mərkəzinə çevrilməsinə şərait yarada, iqtisadi inteqrasiyaya, satış bazarlarının genişlənməsinə səbəb ola bilər", - o qeyd edib.


Tarix: 18-12-2020, 11:56 Oxunub: 127


Bölməyə aid digər xəbərlər