Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İşğaldan azad olunmuş Kəlbəcərdə Dövlət Yanğından Mühafizə Hissəsi fəaliyyətə başlayıb

Baxış: 341
Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş Azərbaycan ərazilərində yerli strukturlarının təşkilini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, 11 dekabr 2020-ci il tarixindən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb. Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.