Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qəbələ və Oğuzda karantini pozan koronavirus xəstələri aşkar olunub

Baxış: 298
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi müəyyən edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Böyük Əmili kənd sakini Y.Məhərrəmov virusun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa cəhd edib. Onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana göndərilib.
Oğuzda da koronavirus infeksiyasına yoluxan şəxsin yaşadığı ünvanı tərk etməsi barədə polis şöbəsinə məlumat daxil olub. Rayon sakini C.Əsədovaya ev şəraitində müalicə təyin olunsa da o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. C.Əsədova şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və həkim briqadasının da iştirakı ilə evinə qaytarılıb.
Həmin şəxslər barəsində rayon polis şöbələrində cinayət işi başlanılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.