Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənilərə yardımın çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi

Baxış: 323


Ermənilərə yardımın çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam - Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.
Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.
Qeyd edək ki, hər iki marşrutdan istifadə ilə bağlı sentyabrın 1-də razılıq əldə edilsə də, Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.