Day, Month 00, Year
00: 00: 00 AM

Gəncənin pərakəndə ticarətində 747 milyon manatlıq dövriyyə



Gəncənin pərakəndə ticarətində 747 milyon manatlıq dövriyyə 


Gəncədə Pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 746 milyon 776,2  min manatlıq, o cümlədən 358 milyon 770,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 388 milyon 006,2 min manatlıq qeyri-ərzaq malları satılmışdır.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,5 faiz artmış qeyri-ərzaq malları üzrə isə 2,4 faiz azalmşdır.
2023-cü ilin yanvar-iyun aylarında istehlak mallarının dəyər ifadəsində 22,0 faizi ticarət müəssisələri, 61,8 faizi fərdi sahibkarlar tərəfindən,16,2 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2022-ci ilin yanvar–iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,4 faiz, fərdi sahibkarlar üzrə 9,0 faiz, artmış bazar və yarmarkalarda isə 21,7 faiz azalmışdır.

Tarix: 14-08-2023, 14:40 Oxunub: 117


Bölməyə aid digər xəbərlər