"Prezident İlham Əliyevin Müstəqillik Günündə Laçına səfəri və uğurla reallaşdırılan Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində sakinlərə evlərinin açarlarını təhvil verməsi həm zaman, həm də məzmun baxımından ciddi tarixi əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, Vətən müharibəsinə qədərki 30 illik periodda aparılan danışıqlar boyu Laçın Azərbaycan üçün ən prinsipial məsələ olub".
Bu fikirləri "Sahibkartv.az"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O xatırladıb ki, düşmən və havadarları bu və ya digər formada işğalda olmuş digər rayonları qaytarmağa "razılıq" versələr də, Laçını heç vaxt "güzəştə" getməyəcəklərini bəyan edirdilər: "İlham Əliyev Vətən müharibəsindəki hərbi-siyasi qələbə ilə yaratdığı reallıqla nəinki düşmənin iradəsini qırdı, üstəlik, Ermənistanı vadar etdi ki, Laçını bir güllə atmadan tərk etsin. Eyni zamanda postmüharibə dövründə ermənilər ən çox təxribat və manipulyasiyaları məhz Laçın istiqamətindaə törədirdilər. Lakin İlham Əliyevin qətiyyətli mövqeyi ilə sərhəd-buraxılış məntəqələrinin qurulması həm Ermənistan və onun havadarlarını, həm də separatçıları tamamilə dalana dirədi. Belə bir yeni geosiyasi situasiyada İlham Əliyevin Laçına ilk qayıdışı reallaşdırması və Laçın şəhərindən verdiyi bəyanatlar Azərbaycan liderinin qətiyyətinin göstəricisi olmaqla bərabər, əslində, bütövlükdə bölgə üçün yeni yol xəritəsi hesab edilməlidir".
Deputat bildirib ki, ilk növbədə Azərbaycan Prezidenti Laçına Böyük Qayıdışa start verməklə bu torpaqlara dönüşün əbədi və əzəli xarakter daşıdığını, açılışını və təməlqoymanı həyata keçirdiyi infrastruktur layihələri ilə isə 30 il bu torpaqları xarabazara çevirmiş işğalçıdan fərqli olaraq, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun sahibi olduğunu əməli olaraq nümayiş etdirib: "Üstəlik, bu reallıq heç bir beynəlxalq subyektdə sual doğurmur və hətta qeyri-adekvat yanaşmalar belə Azərbaycanın iradəsi qarşısında əhəmiyyətini itirir. Laçın səfəri bölgədə sülh və təhlükəsizlik perspektivləri ilə bağlı da mühüm mərhələ hesab olunmalıdır. İlham Əliyevin dediyi kimi, "3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi artıq “Qarabağ Azərbaycandır!” sözlərini təkrar edir". Yəni Azərbaycan Prezidentinin ifadə etdiyi kimi, "Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb və əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, sülh müqaviləsi imzalana bilər".
B.Məhərrəmov vurğulayıb ki, Prezident İlham Əliyevin Laçında ifadə etdiyi ən vacib məqamlardan biri məhz əks ssenari üzrə Bakının mövqeyinin bəyan edilməsi oldu: "Sülh müqaviləsi imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq". Əlbəttə, bu, Bakının istər Ermənistan, istərsə də onun havadarları üzərində aşkar mənəvi-psixoloji və hərbi-siyasi üstünlüyünün göstəricisidir. Bu mənada Laçından səslənən tarixi bəyanat İlham Əliyevin Şərqi Zəngəzurdakı siyasi triumfu hesab edilə bilər. Dəyişən reallıqlar göz önündədir, lakin Azərbaycanın şərtlərində prinsipial olaraq dəyişən məqam yoxdur və dövlət başçısının dediyi kimi, "biz öz planlarımızın son addımlığındayıq". Maraqlıdır ki, artıq beynəlxalq cameə də Bakının iradəsi ilə hesablaşır. Hətta İrəvanın havadarları belə artıq hansısa "status", yaxud "muxtariyyət" barədə nəinki danışmağa cəsarət etmirlər, əksinə bu gün qarşımızda qoyulan sualların məzmunu dəyişib - "bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq?" Bu artıq bölgənin güc sahibinin və regionun gələcəyi ilə bağlı qərar verən iradə sahibinin kim olduğunu göstərir. Əlbəttə, Azərbaycan Prezidentinin separatçılarla bağlı mövqeyi aydındır, "bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər".
Milli Məclisin deputatı söyləyib ki, Laçın səfərində diqqət çəkən digər vacib nüans Prezident İlham Əliyevin özünün şəxsi keyfiyyətləri ilə bağlı məqamdır: "Yaranan reallıq, müharibədə və sonrakı periodda Ermənistan və havadarlarınındalana dirənməsi İlham Əliyevin, sözün əsl mənasında, qlobal miqyaslı lider olduğunu göstərir. Digər tərəfdən, böyük sürətlə davam edən quruculuq-bərpa prosesi, qısa müddətdə Laçının timsalında Böyük Qayıdışın artıq üçüncü yaşayış məntəqəsini əhatələməsi Prezident İlham Əliyevin vədinə sadiq praqmatik siyasətçi obrazını daha da möhkəmləndirdi. Xüsusən dövlət başçısının 11 il öncə laçınlılara verdiyi və bu gün ləyaqətlə reallaşdırmaqda olduğu vədini xatırlatması bu illər ərzində onun fəaliyyətinin təməlində milli maraqlar və əsl lider kimi xalqın maraqlarının dayandığını nümayiş etdirdi. Müstəqillik Gününü laçınlılarla Laçında qeyd edən İlham Əliyevin eyni zamanda 30 il ərzində onların həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində həyat şəraiti ilə bağlı məqamlara toxunması öz xalqının hər bir problemini dərindən bilən, bölgəyə olduğu qədər, xalqın vəziyyəti ilə bağlı real duruma da hakim olan bir lider olduğunu təsdiqlədi".
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
"Prezidentin Müstəqillik Günündə Laçına səfəri ciddi tarixi əhəmiyyət daşıyır" - RƏY
Bölməyə aid digər xəbərlər
Tarix: 29-05-2023, 14:19 Oxunub: 104
Bölməyə aid digər xəbərlər
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
21-09-2022, 21:40
Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb
28-06-2022, 17:01
"Prezidentin Şərqi Zəngəzur səfəri üçün Silahlı Qüvvələr Gününü seçməsi təsadüf deyil" - RƏY
27-06-2022, 09:15
İlham Əliyev Kəlbəcərdə “N” saylı hərbi hissənin açılışında iştirak edib
30-05-2022, 14:22
"Ermənistan hakimiyyəti hər vəchlə komissiyaların işinə və sülh prosesinə mane olmaq istəyir" - RƏY
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
27-09-2021, 10:20
İlham Əliyev xalqa müraciət edib - VİDEO
22-09-2021, 16:01
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO
30-08-2021, 11:56
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB + FOTO
12-05-2021, 19:33
Prezident Cıdır düzündə çıxış etdi
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO