Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanın Dövlət Miqrasiya Xidməti ləğv edildi

Baxış: 372


Naxçıvanın Dövlət Miqrasiya Xidməti ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də əksini tapıb.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamına əsasən isə Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb.
Dövlət Miqrasiya Xidmətinin işçilərinin say həddi artırılıb
Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin say həddi artırılıb.
DMX-nin işçilərinin say həddi 757 ştat vahidi müəyyən edilib. Qeyd edək ki, indiyədək DMX-nin işçilərinin say həddi 655 ştat vahidi olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.