Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Giləzi-Xızı avtomobil yolunun bir hissəsi əsaslı təmir olunub

Baxış: 324


Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri yekunlaşıb.
Bu barədə "Sahibkartv.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, uzunluğu 3,8 km təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.
Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yolun sözügedən hissəsində asfalt-beton örtüyündə deformasiyalar və qabarmalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmirdi. Artıq problem aradan qaldırılıb.
Yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilib. Bundan başqa “İnşaat Norma və Qaydaları”na əsasən yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri, yeni yol əsasının inşası icra olunub, lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.
Əsaslı təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2,5 metr olmaqla piyada səkilərinin inşası həyata keçirilib, yararsız səki daşları yenilənib.
Sonuncu mərhələ üzrə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.