Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağdamın daş karxanalarının istismarı üçün birgə şirkət yaradıldı

Baxış: 365


“Azərbaycan İnvestisiya Şirkəti” və "Star Mining" birgə şirkət yaratdı

Ağdamın daş karxanalarının istismarı üçün birgə şirkət yaradıldı 


Dövlətə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Star Mining" şirkəti "Shahbulaq Mining" adlı birgə şirkət təsis ediblər.
Sahibkartv.az Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun Tvitter səhifəsinə istinadən xəbər verir ki, "StarMining" şirkəti işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq Şahbulaq daş karxanası layihəsinə dair müsabiqənin qalibidir. 

"Hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır",- Nazir bildirib.
Nazirlik yanında Dövlət Vergi Xidməti "Şhahbulag Mining"i ötən il dekabrın 2-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, General İzzət Həmidov küçəsi, 31, məhəllə 3 161, nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Rüstəm Ağalı oğlu Muxtarovdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.