Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağda biznes qurmaq istəyənlərin 20 %-i kənd təsərrüfatı ilə maraqlanır

Baxış: 497
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı 1 300-dən çox müraciətin təxminən 20%-i kənd təsərrüfatı ilə bağlıdır.
“Sahibkartv.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Məsləhət xidmətləri, yeni dəyər zənciri modellərinin yaradılması və aqroturizmin inkişafı vasitəsilə yerli ərzaq istehsalçılarının və aqro-biznes sahibkarlarının təşviqi” layihəsinə dair Bakıda keçirilən konfransda bildirib.
“Layihənin icrası əhəmiyyətli bir dövrə təsadüf edir və ümidvaram ki, sektorda yeni inkişaf meyllərinin və yanaşmaların tətbiqinin genişləndirilməsi baxımından öz töhfəsini verəcək. Şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərimiz aqrar sektorun inkişafının yeni təkanverici qüvvəsi kimi böyük potensiala malikdir. Qarabağ bölgəsinin malik olduğu təbii üstünlüklər, su ehtiyatları, əlverişli coğrafi mövqe və tarixi ixtisaslaşma təcrübəsi burada həyata keçiriləcək ağıllı kənd konsepsiyası ilə vəhdət şəklində aqrar sektorun inkişafının yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verəcək”, - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.