Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rəhman Hümmətov: "Bakı-Naxçıvan reysinin qiyməti AZAL-ın xərcini ödəmir"

Baxış: 332


Rəhman Hümmətov: Bakı-Naxçıvan reysinin qiyməti AZAL-ın xərcini ödəmir
Bakı-Naxçıvan istiqamətində aviabilet üçün ödənilən 60 manat “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xərclərini ödəmir.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyatla bağlı problemlərin ictimai müzakirəsində deyib.
Onun sözlərinə görə, gün ərzində Bakıdan Naxçıvana 10-dan çox uçuşlar həyata keçirilir: "Xərclərin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. Nəticə etibarilə, vətəndaşlarımız 60 manat ödəməklə Naxçıvana gedirlər. Lakin çox vaxt AZAL tənqid edilir ki, uçuşlar bu qiymətədir. Halbuki 60-70 manat xərcləri ödəmir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.