14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
Goranboyda yeni layihə və memarlıq-arxitektura əsasında yenidən qurulmuş, Şəhidlər Xatirə-Abidə Kompleksinin açlışı mərasimi keçirildi.
Goranboyda şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni layihə və memarlıq-arxitektura əsasında yenidən qurulmuş, Goranboy şəhəri Şəhidlər Xatirə-Abidə Kompleksinin açlışı mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, Goranboylu Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, şəhid, Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva, şəhid ailəsi Rahinə Məmmədova, qazi Vüsal Rzayev və şəhid atası Hafiz Əhmədov qeyd etdilər ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 2-ci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezident İlham Əliyev və hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi altında rayonumuzun bütün rəhbər şəxsləri, xidmət sahələri rəhbərləri və bütün goranboylular həm müharibədən öncə, həm də müharibə dövründə, Şəhidlərimizin dəfn və hüzn mərasimlərində həmrəylik nümayiş etdirdilər, bütün Şəhidlərimizin məzarları ad günlərində və il mərasimlərində onların ailə üzvləri ilə birgə ziyarət edildi. Məhz 30 ildən sonra Tap Qaraqoyunlu kəndində ilk dəfə Qələbə sevincli əsl bayram tədbirinin keçirilməsi və bayram tonqalının alovlandırılması tarixi əlamətdar hadisə idi. Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə rayonumuzun yaşayış məntəqələrində Abidə Kompleksləri, Bulaqlar və Xatirə guşələri yaradılmış, Şəhidlər Xiyabanlarında və məzarlıqlarda müntəzəm abadlıq, təmizlik, səliqə-səhman işləri aparılmışdır. Hazırda şəhid ailələrinin müraciətləri əsasında, Xan Qərvənd kəndində Şəhidlər Xatirə Kompleksinin yenidən qurulması işləri aparılır. Goranboy şəhəri Şəhidlər Abidə Kompleksi də məhz şəhid ailələrimizin rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilmişdir. Bu Kompleks rayonumuzda ilk belə möhtəşəm Xatirə-Abidə Kompleksidir. Rayon İcra Hakimiyyəti Başçısınınxüsusi tapşırığı ilə Kompleksin inşası zamanı Şəhid ailələrinin fikir və təklifləri nəzərə alınmış, o cümlədən əziz şəhidlərimizin foto güşələrinin tərtibi onlarla razılaşdırılmışdır. Bu Xatirə kompleksi rayon ictimaiyyətinin, goranboyluların ən müqəddəs ziyarət ünvanıdır.
Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənovun büstünün açılışı mərasimi də keçirildi və Şəhid övladları tərəfindən vətənpərvərlik mövzusunda şeir parçaları təqdim edildi.
Bölməyə aid digər xəbərlər