Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanda hüquqi və fiziki şəxslərə 70 milyon manata yaxın kredit verilib

Baxış: 290


Naxçıvanda  hüquqi və fiziki şəxslərə 70 milyon manata yaxın kredit verilib 


1 aprel 2022-ci il tarixə Naxçıvan muxtar respublikasının banklarında açılmış bank hesablarının sayı 196087-yə çatmışdır ki, bunun da 191501-i və ya 97,7 faizi aktiv hesablardır. Cari ilin ilk rübündə açılmış 14009 bank hesabının 14002-si aktiv hesablar olmuşdur.
1 aprel 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1548-ə çatdırılmışdır. Cari ilin yanvar-mart aylarında aparılmış nağdsız ödənişlər 38 milyon 924 min 721 manat təşkil etmişdir ki, bu da bir il öncəki göstəricidən 37,3 faiz çoxdur.
2022-ci ilin ilk rübündə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 69 milyon 947 min 400 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 44,6 faiz çoxdur. Verilmiş kreditlərin 5 milyon 712 min 900 manatı və yaxud 8,2 faizi qısamüddətli, 64 milyon 234 min 500 manatı və yaxud 91,8 faizi uzunmüddətli kreditlər olmuşdur.
Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilir.
Cari ilin ilk rübündə muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 1 milyon 396 min manat olmuşdur ki, bunun da 335 min 800 manatını könüllü, 1 milyon 60 min 200 manatını isə icbari sığorta təşkil etmişdir. Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 2,5 faiz artmışdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.