17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Bir neçə gün öncə, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında ölkədə inflyasiyanın yüksək olması məsələsi yenə əsas müzakirə mövzusuna çevrilib və buna qarşı mümkün tədbirlər, yəni antiinflyasiya addımları bir daha nəzərdən keçirilib. Artıq, Baş nazirin imzası ilə “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam da imzalanıb.
Sərəncadakı detallara toxunmadan fikirlərimi qeyd etmək istəyirəm.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvarında ölkədə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1, qeyri-ərzaq məhsulları 5,9, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 11,1 faiz yüksəlib.
Yanvarda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz təşkil edib.
Göründüyü kimi, qiymət artımı və bahalaşma davam edir. Və bunun səbəbləri əvvəlki kimi eyni qalır. Belə ki, sözügedən tendensiyanın qlobal miqyasda tüğyan etməsi, daxildə keçən il suyun və enerjidaşıyıcılarının tariflərinin qaldırılması, həmçinin pandemiyadan sonra birdən-birə yüksək səviyyədə artmış tələbin təklif tərəfindən ödənilə bilməməsi, istehsalda maya dəyərinin yüksəlməsi və sair...
Cari ildən əməkhaqqıların, pensiya və bir sıra sosial ödənişlərin yüksəlməsi amili də bu səbəblər sırasına əlavə bir qulp olaraq qatılıb.
Halbuki, bunun təsiri olmamalıdır. Müşahidələr göstərir ki, hökumətin əhalinin real gəlirlərini və alıcılıq qabiliyyətini qorumağa dair tədbirləri də istehlak bazarında təklif edən rolunda çıxış edənlər tərəfindən inflyasiya qaynağına çevrilir. Və burada da əsas məqsəd əlavə qazanc əldə etmək istəyi daşıyır.
Bəli, vəziyyət kifayət qədər ciddidir. Ancaq təlaşa ehtiyac yoxdur. O səbəbdən ki, iqtisadi artım davam edir, işgüzar fəallıq tam bərpa olunmaq istiqamətində inkişaf edir, valyuta bazarımızda heç bir təhlükə gözlənilmir, ümumiyyətlə, əsas makroiqtisadi göstəricilər üzrə vəziyyət qənaətbəxş sayılır.
Bununla belə, təbii ki, inflyasiyanın qarşısı alınmalı, qiymətlərin yüksəlməsi tempi və bahalaşma prosesi dayandırılmalıdır.
Düzdür, bunun üçün qlobal miqyasda da eyni tendensiya baş verməli, bir sıra məhsullar üzrə bazarlarda mövcud ajiotaj səngiməli və tələb ilə təklifin nisbətində balans yaranmalıdır. Əks təqdirdə, daxili bazarda istehlak qiymətləri indeksini təkbaşına cilovlamağımız mümkün olmayacaq.
Dünyada gedən bahalaşmanın isə səngiyəcəyi gözlənilir.
Belə ki, ilin ortasına doğru bunu müşahidə etmək şansımız var.
Çünki bir sıra məhsulların, xüsusən də xam neftin əsassız yerə bahalaşması demək olar ki, bütün inkişaf etmiş ölkələrin “canını boğaza” yığıb.
Ümumi bahalaşmada əsas katalizator rolunda da məhz bu amil çıxış edir.
Odur ki, hazırda sözügedən ölkələr yürütdükləri iqtisadi siyasətdə getdikcə biri-biriləri ilə açıq rəqabətdən çox müəyyən konsensus, məsələn, bilavasitə milli pul vahidlərinin dəyərini möhkəmləndirmək sarıdan yekdillik nümayiş etdirmək istəyi göstərirlər.
Düzdür, bunun konkret olaraq hansı formada baş verəcəyini qeyd etmək çətin olsa da, hər halda ABŞ mərkəzi bankı FES-in dolların faiz dərəcəsini cari il ərzində qaldıracağı bəllidir. Və bunun il ərzində hətta bir neçə dəfə ediləcəyi qeyd olunub.
Sözümün canı odur ki, qlobal bahalaşma dayanacaq.
Əsas odur, ölkəmizdə inflyasiya çərçivəyə alınsın. Bu il ölkəmizdə illik inflyasiya üzrə hədəf diapazonu 2-6 faiz nəzərdə tutulub. Mərkəzi Bank (AMB) isə hesab edir ki, 6,6-7,5 faiz təşkil edəcək.
Yeri gəlmişkən, rəsmi statistikaya əsasən 2021-ci ildə illik inflyasiya 12, orta illik isə 6,7 faiz təşkil etmişdi. Proqnoz isə 2-4 faiz aralığında idi.
Bütün qeyd olunanlara əsasən hesab edirəm ki, ilk növbədə ərzaq məhsulları sarıdan bahalaşmanı dayandırmaq lazımdır. Digərləri baxımdan isə xoflanmağa ehtiyac yoxdur. Çünki inflyasiyanı alovlandıran ərzaq məhsullarının bahalaşmasıdır.
Keçən il ərzaq məhsullarının bahalaşması səviyyəsi 15,8 faiz təşkil etməklə ümumi inflyasiyanın təxminən 3/5 hissəsini təşkil edib. Qlobal miqyasda da vəziyyət eynidir. Yəni, ən çox bahalaşan ərzaq məhsullarıdır ki, ümumi inflyasiya səviyyəsinin yüksək təşkil etməsinə də zəmin yaradan budur.
Bəs, ərzaq məhsullarının bahalaşması qarşısını necə almaq olar?
Girişdə qeyd etdiyim İqtisadi Şuranın iclasında ölkədə minimum istehlak səbətinin tərkibinə daxil olan əsas ərzaq məhsulları üzrə özünü təmin etmə səviyyəsini gücləndirmək, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq perspektivləri və proqnozu müzakirə olunub.
Hesab edirəm ki, əsas çıxış yolu da məsələnin bax, məhz bu kontekstindən asılıdır. Obrazlı desəm, ocağı alovlandıran təzə qoyulan odunlar deyil - inflyasiya alovunu zəiflətmək üçün ocağın yerindəki kömür qırıntıları təmizlənməlidir. Belə ki, əhali pulunu ən çox ərzağa xərcləyir. Və adi çörək və un məhsullarının qiymət artımı zəncirvari olaraq bütün digər qiymətlərə təsir edir.
Bunun üçün isə daxili bazarda xüsusən ən zəruri qida məhsulları üzrə süni qiymət artımı üzərində monitorinq gücləndirilməli, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri tezliklə həllini tapmalıdır.
İstehlak qiymətləri indeksinin, xüsusən də ərzaq məhsulları üzrə inflyasiya tempinin sürətlənməsi fonunda digər ən mühüm antiinflyasiya tədbiri isə ötən şərhlərimin birində də qeyd etdiyim kimi, yalnız və yalnız ilin 2-ci yarısında məhz daha bir sosial paketin icrası üçün indidən hazırlıqlara, müvafiq konturlar cızılmasına başlamaqdan ibarət olmalıdır.
Bölməyə aid digər xəbərlər