Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyada miqrantlar üçün rüsumlar 5-12 dəfə artırıldı

Baxış: 63
Rusiyada miqrantlar üçün rüsumlar 5-12 dəfə artırıldı


Rusiya Dövlət Duması miqrantlar üçün rüsumların artırılmasına dair qanun layihəsini qəbul edib.

“Rusiya mətbuatı xəbər verir ki, yeni qanuna əsasən, ümumilikdə rüsumlar 5-12 dəfə artırılıb.

Belə ki, Rusiya pasportunun alınmasına və ya Rusiya vətəndaşlığından çıxmağa görə rüsum 12 dəfə - 4200 rubldan (təxminən 95 AZN) 50000 rubla (təxminən 1130 AZN) qədər, Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə görə rüsum 8 dəfə - 1920 rubldan (təxminən 43 AZN) 15000 rubla (təxminən 340 AZN) qədər, yaşayış icazəsinin verilməsinə görə rüsum isə 5 dəfə - 6000 rubldan (təxminən 135 AZN) 30000 rubla (təxminən 680 AZN) qədər artırılıb.

Bundan əlavə, miqrantların işə cəlb edilməsi üçün icazələrin verilməsinə görə rüsum da artırılaraq, hər bir xarici mütəxəssis üçün 15000 rubla (təxminən 340 AZN) çatdırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.