18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
Pərviz Heydərov yazır...
Türkiyə iqtisadiyyatında lirənin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda müşahidə olunan proseslər ciddi narahatlıq doğurur. İllərdir ardıcıl yüksək iqtisadi yüksəliş nümayiş etdirən qardaş ölkədə hazırda vəziyyət durğunluq kimi deyil.
Sual olunur, niyə?!
Lirənin xarici valyutalara nəzərən ucuzlaşması vaxtaşırı olaraq həmişə baş verib. Lakin bütün bunlar müəyyən zaman çərçivəsində ortaya çıxdıqdan sonra proses səngimiş, lirə dəyərcə sabitlik əldə edərək əksinə möhkəmlənmişdir. Budəfəki dəyər itirmə prosesi isə heç də 1 dolların 13 TL-dən baha səviyyəyə çıxması ilə deyil, ucuzlaşmanın artıq uzun müddətdir davam etməsi, həm əvvəlkilərdən daha sürətli xarakter daşıması və getdikcə dərinə işləməyə meyl etməsi, həm də ümumiyyətlə, nəzarətdən çıxma qorxusu yaratması ilə seçilir.
Səbəb nədir? Lirə nədən belə ucuzlaşır? Bu tendensiya nə vaxta qədər davam edə bilər?
Lirə ən birinci ona görə ucuzlaşır ki, Türkiyə iqtisadiyyatına hələ pandemiyadan öncə təzyiqlər var idi. Qərbin bu təzyiqləri Ankara ilə siyasi münasibətlərinə görə yarandığından artıq, beş ildir davam edir. Beş ildir ki, ölkəyə xarici kapital axını, yəni investisiya əvvəlki illərlə müqayisədə demək olar, sıfır vəziyyətinə düşüb. İndiki şəraitdə isə xarici investisiyalardan ümumiyyətlə, söhbət gedə bilməz. Bu isə ölkəyə xarici valyuta axının bir və ən mühüm qolunun kəsildiyi deməkdir. İkincisi, pandemiya şəraitinin bütün dünya ölkələrinin iqtisadiyyatlarına vurduğu zərbə bəllidir, o cümlədən Türkiyə iqtisadiyyatına da... Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da etiraf edir ki, bütün sahələrdə epidemiya çox dərindən hiss edilib.
Bir sıra iqtisadi fəaliyyət sahələri qapanma və məhdudiyyətlərə məruz qaldı ki, iqtisadi fəallıq məcburən çərçivəyə alındı və s. Bütün bunların vurduğu zərbələrdən birdən-birə qurtulmaq mümkündürmü?! Xeyr. Məsələn, Türkiyədə ölkəyə xarici valyuta gətirən əsas sahələrdən biri turizm idi. Türkiyə turizm sahəsində dünyanın ən tanınmış ölkələrindən idi. Pandemiya ən böyük zərbəni hər yerdə məhz turizm sektoruna vurdu. Odur ki, Ankaranın bu sahədə pandemiyaya qədərki vəziyyətə tam qayıtması üçün azı 2023-cü ilədək vaxt lazımdır. Üçüncüsü, pandemiyadan sonra bütün ölkələrdə və dünya bazarlarında qiymətlər yüksəlib. Enerji daşıyıcıları bahalaşıb, ərzaq məhsullarının qiyməti qalxıb, demək olar, bütün digər növ məhsullar üzrə təklifin tələbi ödəyə bilməməsi situasiyası yaranıb. Bu isə zəncirvari reaksiya yolu ilə bütün ölkələrdə həm idxalı, həm də yerli istehsalı bahalaşdırıb və bahalaşdırmaqda da davam edir. Nəticədə inflyasiyaya əlavə təsir və təzyiqlər yaranıb.
Türkiyə hələ ki, böyük həcmli qeyri-neft-qaz ölkəsidir. Neft bahalaşıb, qaz bahalaşıb. Ankaranın valyuta xərcləri xeyli yüksəlib. Bu da biznes dairələrinin işlərini daraldıb, risklərini artırıb və s... Belə şəraitdə hər bir ağıllı sahibkar adətən gözləmə mövqeyi seçir və özünü sığortalamaq tədbirləri haqqında düşünür. Bu siyahını bir az da uzatmaq olar. Hələ dövlətin xaricə borc öhdəlikləri üzrə ödənişlərini demirəm, hansı ki, bu özü də ölkədən valyuta çıxmasına səbəb olur.
Ancaq çox qəribədir ki, belə bir fonda Türkiyə Mərkəzi Bankı isə uçot dərəcəsini aşağı salır - ucuz pul-kredit siyasəti həyata keçirməyə çalışmaqla, pul təklifini daha da yumşaltmaq kursunu reallaşdırır. Bunu sonuncu dəfə uçot dərəcəsini 15 faizə salmaqla oktyabr ayında etdi. Odur ki, lirənin real olaraq kəskin şəkildə ucuzlaşmasının obyektiv səbəbləri aydın göründüyü halda, hökumətin, xüsusən də müvafiq situasiyaya görə cavabdehlik daşıyan Mərkəzi Bankın vəziyyəti nəzarətə götürmək əvəzinə “odun üzərinə benzin atmaq” mövqeyi və siyasəti çox ciddi təəccüb doğurur. Belə şəraitdə pulun dəyərini hökumət siyasəti ilə əlavə olaraq ucuzlaşdırmaq hansı məntiqə sığır, aydın deyil.
Bu, hansı məntiqə uyğun gəlir?
Bu, təzyiqi kəskin şəkildə aşağı düşən pasiyentə müalicə məqsədilə əlavə olaraq təzyiqsalıcı dərman verməyə bənzəmirmi? Milli pul vahidini dəyərdən salmaq yolu ilə iqtisadi aktivliyi yüksəltmək və ixracı genişləndirmək metodu bu şəraitdə əsla effekt verə bilməz və vermir də. Bunu türk məhsullarının qiymətlərinin heç də aşağı düşməməsi faktı da sübut etməkdədir. İstehsalda maya dəyəri qalxdığı təqdirdə bu, necə baş verə bilər? Təkrar edirəm, bahalaşma bütün dünya ölkələrində, qlobal iqtisadiyyatda müşahidə edilir ki, ABŞ valyutası qlobal miqyasda möhkəmlənir. Ümumiyyətlə, neft bahadırsa, bu, həm də dolların möhkəmlənməsi deməkdir. Təcrid edilmiş bir şəkildə bu və ya digər ölkədə hər yerdə möhkəmlənən ABŞ valyutasını necə ucuzlaşdırmaq olar? Belə şəraitdə adətən, milli pul vahidinin dəyərini qorumaq məqsədilə pul-kredit siyasətini sərtləşdirirlər, yumşaltmırlar.
Odur ki, hesab edirəm, Türkiyə hökuməti tezliklə ölkənin valyuta gəlirlərinə diqqət yetirməli, ixracın ümumən genişlənməsinin qayğısına qalmaqdansa, ən çox dollar gətirən məhsul və xidmətlər üzrə müvafiq stimullaşdırıcı addımlar atmaqla, onların əl-qolunu buxovdan açmalıdır. Bu zaman ölkədə idxal da nəzarətə götürülməli, valyuta axını mümkün istiqamətlərdə məhdudlaşdırılmalıdır. Yeri gəlmişkən, belə şəraitdə ucuz pul-kredit siyasəti nəticəsində həm də dolların ölkədən kənara axını üçün də zəmin yaranır. Belə ki, bilavasitə lirə ilə bağlı yaranan analoji situasiyalarda sahibkarlarda və biznes dairələrində təşəkkül tapan qeyri-müəyyənlik onlarda dollara tələbi artırır və xarici valyutaya bir təhlükəsizlik yastığı kimi yanaşma xüsusiyyəti yaradır. Sözün qısası, vəziyyət təhlükəlidir. Lirənin məzənnəsi “ox yayından çıxmamış” dərhal sabitləşdirilməlidir.
Bölməyə aid digər xəbərlər