22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
23 sentyabr Bakı Fond Birjasında TBC Kredit BOKT MMC-ninmütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.
Birjanın yaydığı məlumatda bildirilir ki, 3 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü AzFinance İnvestisiya Şirkəti QSC həyata keçirmişdir. Azərbaycanın qeyri-neft sektorundan olan TBC Kreditin istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır.
Açılış mərasimində emitent tərəfindən TBC Kreditin direktoru Əjdər Əliyev, birja üzvü tərəfindən AzFinance investisiya şirkətinin direktoru İntiqam Səfərəliyev, AMFA (Azərbaycan Mikromaliyyə Assosiyasiyası) direktoru Jalə Hacıyeva və BFB-nin sədri v.m.i.e Eldar Abdullayeviştirak etmişdir. BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək TBC Kreditin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.
Bakı Fond Birjasında partnyor olaraq Listinq Məsləhət Proqramına qoşulanAzərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) açılış mərasimində iştirak etmişdir, Bank Olmayan Kredit Təşkilatlarının istiqraz buraxılışını müsbət qiymətləndirmişdir və bu istiqamətdə BFB ilə əməkdaşlıqların davamı olacağını qeyd etmişdir.
Bölməyə aid digər xəbərlər