İran ölkənin neft sənayesinə 145 milyard ABŞ dolları sərmayə yatırmaq niyyətindədir.“Shana” agentliyinin verdiyi məlumata görə, bunu İranın neft naziri Cavad Ovci bildirib.
Onun sözlərinə görə, bütün bunlar növbəti 4-8 il ərzində baş tutacaq.
Bunun üçün nazir istər yerli, istərsə də xarici investorların ölkənin neft sənayesində iştirak etməsini dəstəkləyib: "İran və xarici investisiyaları cəlb etmək üçün hazırda planlar hazırlanır".





































