Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanda avro və Rusiya rubluna tələb artıb

2021-ci ilin avqust ayı ərzində xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.
Sahibkartv.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.
Belə ki, 2021-ci ilin avqust ayında banklar tərəfindən 124 014 800 ABŞ dollarının alışı, 95 337 600 ABŞ dollarının isə satışı həyata keçirilib. 2020-ci ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 35,8 faiz çox, satışı isə 37,2 faiz az olub.
Bu dövr ərzində 792 700 ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 1 095 700 funt sterlinq həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 43,8 faiz, satış isə 7,7 faiz az olub.
Avqust ayında banklar tərəfindən 7 392 800 avro həcmində alış baş tutub. Dövr ərzində 16 897 800 dəyərdə avro satışı təmin edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 21,6 faiz, cari valyuta üzrə satış həcmi də 59,9 faiz artıb.
Ötən ay ərzində 1 810 859 400 Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 202 109 400 rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 43,7 faiz artıb. Həmçinin, satışı da 2020-ci ilin avqust ayı ilə müqayisədə 6 faiz çox olub.
Qeyd edək ki, 2021-ci ilin avqust ayında üç xarici valyutanın - dollar, avro və Rusiya rublunun banklar tərəfindən alış həcmləri, yəni əhali tərəfindən satışı artıb, funt sterlinqin isə satışı azalıb.
Həmçinin, ötən ilin eyni dövrünə nəzərən Rusiya rublunun və avronun banklar tərəfindən satışı və ya əhali tərəfindən alış həcmləri də artıb. Digər iki valyutanın (dollar, funt sterlinq) əhali tərəfindən banklardan alış həcmləri isə azalıb.


Tarix: 23-09-2021, 14:10 Oxunub: 246


Bölməyə aid digər xəbərlər