Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR Neft Emalı Zavodu ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi

Baxış: 302
Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Dövlət Neft Şirkətinə məxsus Heydər Əliyev adına Neft Emalı Zavodundan havaya tüstü buraxılması ilə bağlı görüntülərə aydınlıq gətirilib.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sahibkartv.az-a bildirib ki, videoda görünən hadisə bu gün saat 07:40-da baş verib.
Onun sözlərinə görə, zavodun reqlamentinə əsasən, zərurət qarşısında qəzanın baş verməməsi üçün qazlar məşəl lüləsinə buraxılıb yandırılmalıdır:
“Saat 08:30 radələrində qurğuda artıq normal iş fəaliyyəti bərpa edilib. Məşəldə qazların yandırılması davamlı bir hal deyil. Bu tədbir yalnız zərurət qarşısında, çox nadir hallarda həyata keçirilir və daha böyük fəsadlara yol verilməməsi üçün nəzərdə tutulur”.
SOCAR rəsmisi qeyd edib ki, hazırda Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya layihəsi nəticəsində köhnə qurğular yeniləri ilə əvəzlənməkdədir və bu proses irəlilədikcə məşəldə qazların yandırılmasına səbəb ola biləcək zərurət hallarının başvermə ehtimalı da tədricən azaldılacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.