Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu artırdı

Asiya İnkişaf Bankı (ADB) bu ilin sonuna Azərbaycanın Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi artıraraq 2,2 %-ə çatdırıb.
Bu barədə ADB-nin yenilənmiş “Asiya İnkişaf Baxışı” hesabatında bildirilib.
Sənədə əsasən, gələn il isə Azərbaycanın ÜDM-si 2,5 % (proqnoz dəyişməyib) səviyyəsində reallaşacaq.
Qeyd edək ki, ADB bu ilin sonuna Gürcüstan iqtisadiyyatının 8,5 %, Qazaxıstan iqtisadiyyatının 3,4 % böyüyəcəyini, gələn il isə bu ölkələrin iqtisadi artım tempinin müvafiq olaraq 6,5 % və 3,7 % səviyyəsində olması proqnozlaşdırır.
Xatırladaq ki, 2021-ci ilin 8 ayında Azərbaycanın ÜDM-si real ifadədə 3,6 %, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5,7 % artıb. Qeyri neft-qaz sənayesində 18,7 %, kənd təsərrüfatında 5 %-lik iqtisadi artım baş verib.
Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.
Azərbaycanın inflyasiya proqnozunu da dəyişib
Asiya İnkişaf Bankı (ADB) bu il üçün Azərbaycanda inflyasiya gözləntisini əvvəlki proqnoza nisbətən 1 faiz bəndi artıraraq 4,5 %-ə çatdırıb. Sənədə əsasən, gələ il isə Azərbaycanda infyasiya 3 % səviyyəsində reallaşacaq.
Bu göstərici bu il üçün Gürcüstanda 9,5 %, Qazaxıstanda 6,9 %, Ermənistanda isə 5,5 % səviyyəsində reallaşacaq. Gələn il isə bu ölkələrdə inflyasiya müvafiq olaraq 4 %, 6,4 % və 3 % olacaq.


Tarix: 22-09-2021, 12:00 Oxunub: 171


Bölməyə aid digər xəbərlər