Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət rüsumu ilə bağlı qərara DƏYİŞİLİK EDİLDİ

Baxış: 289
“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın formasına və onun tərtib edilmə qaydasına dəyişiklik edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Sahibkartv.az-a verilən məlumatda bildirilir ki, dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi dövlət rüsumu tutulan hallara aid edilib.
Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi qaydası yeni redaksiyada təsdiq edilib.
Hesabatın yeni forması və onun tərtib edilməsi qaydası ilə Dövlət Vergi Xidmətinin rəsmi saytının “Bəyannamə” bölməsində tanış olmaq mümkündür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.