Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandan Rusiyaya dəmir yolu ilə meyvə-tərəvəz ixracına dair icazənin müddəti uzadılıdı

Baxış: 325
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan Rusiyaya dəmir yolu vaqonları ilə alma və pomidor tədarükünə dair icazə 2022-ci ilin aprelin 1-dək uzadılıb.
 "Rosselxoznadzor"un yaydığı məlumata görə, bu qərar "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertlə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlı arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Qeyd olunan tarixdən sonra konteyner daşımalarına keçid təmin ediləcək.
Elmi və texniki əməkdaşlığı müzakirə edərkən, Azərbaycan tərəfi meyvə-tərəvəz məhsullarının dezinfeksiya edilməsinin ən təsirli yolları ilə əlaqədar Azərbaycanda məsləhətləşmələr aparmaq xahişi ilə "Rosselxoznadzor"a müraciət edib

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.