Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avro, Funt, Türk lirəsi, neft və qızıl ucuzlaşa bilər - Maliyyə bazarlarında son vəziyyət

Baxış: 302
EUR
Avrozona iqtisadi və siyasi risklərin artması, EUR/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən, son ucuzlaşma dalğası 1.16$-a kimi davam edə bilər. 
Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan sənaye və xidmət sektorlarına dair önəmli fundamental göstəricilər dərc ediləcəkdir.FED-in çərşənbə günü açıqlayacağı yeni qərarı da önəmli rol oynayacaqdır. 
GBP
Foreks bazarlarında dolların yenidən möhkəmlənməsi, GBP/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olur və bunun 1.36$-a kimi davam edəcəyi ehtimal edilir.
Cümə axşamı saat 12:30-da İngiltərədən də sənaye və xidmət sektorlarında biznes aktivliyini ölçən indeks yayımlanacaqdır. 
TRY
Lirə də TCMB-nincümə axşamı Bakı vaxtı ilə saat 15:00-da dərc edəcəyi yeni faiz qərarı öncəsi təzyiq altında qalmaqda davam edir. Beləliklə, son bir həftədə 3%-dən çox bahalaşan USD/TRY məzənnəsi, 8.79TL-yə kimi yüksəlməkdə davam edəcəyi proqnozlaşdırılır. 
OIL
Enerji birjalarında da dollardan asılı olaraq Brent neftinin bir barel qiyməti 76$-da müqavimətlə rastlaşıb vəkorreksiya 74$-a kimi davam edə bilər. 
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 
GOLD
Qızıl da ucuzlaşan aktivlər arasındadır və bir unsiya üzrə qiymət 1743$-ın (56.1 $/qram) qırılması ilə1717$-a (55.2 $/qram) kimi ucuzlaşa bilər. 
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.