Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

8 ayda Azərbaycan xaricə təxminən 11 milyard dollarlıq xam neft və təbii qaz satıb

Baxış: 373
2021-ci ilin yanvar-avqust ayları ərzində (8 ayda) Azərbaycandan 2 milyard 350 milyon 392 min dollar dəyərində 13 milyard 241 milyon 763 min kub metr təbii qaz ixrac edilib. Ötən ilin eyni dövründə, Azərbaycandan 1 milyard 702 milyon 883 min dollar dəyərində 8 milyard 994 milyon 930 min kub metr təbii qaz ixrac edilmişdi. 
Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracından gəlirlər 6 milyard 793 milyon 284 min dollardan 8 milyard 498 milyon 811 min dollara yüksəlib.
Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 8 milyard 498 milyon 811 min dollar dəyərində 18 milyon 771 min 176 ton xam neft ixrac edilib. Ötən ilin eyni dövründə, Azərbaycandan 6  milyard 793 milyon 284 min dollar dəyərində 20 milyon 746 min 772 ton xam nef ixrac edilmişdi. 
Cari ilin 8 ayında xam neft və təbii qaz ixracından 10 milyard 848 milyon dollardan çox vəsait əldə edilib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.