14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Türkdilli ölkələr arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə beynəlxalq miqyasda fəaliyyət göstərən Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu zirvə görüşü Bakıda keçirilib. Görüşdən sonra keçirilən Türk Biznes Mükafatlarının Təqdimolunma Mərasimində SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Türkiyə” "Türk Şurası İnvestisiya Mükafatı”na layiq görülüb.
Şuraya üzv olan ölkələrdə investisiyaların artırılmasında mühüm rol oynayan şirkətlərin dəyərləndirildiyi mərasimdə “SOCAR Türkiyə” strateji sektorlara qoyulan böyük miqyaslı investisiyalarına görə mükafata layiq görülüb. Üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkiyənin iqtisadiyyat və ticarət nazirlərinin iştirak etdiyi toplantıda Türkiyənin Ticarət naziri Mehmet Muş “SOCAR Türkiyə”-nin mükafatını şirkətin Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayil Yusifova təqdim edilib.
Türk Biznes Mükafatları Türkiyə Respublikası Prezidentinin nəzdində İnvestisiya Ofisi və Ticarət Nazirliyinin qərarı ilə Türkiyəyə investisiya yatıran şura üzvü ölkələrin şirkətləri arasında aparılan dəyərləndirməyə əsasən verilir. Təsisiçiləri arasında Azərbaycan və Türkiyənin dəolduğu Türk Şurası,üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı türk dünyasının tarixi və mədəni irsinin qarşılıqlı mübadiləsi və inkişafı istiqamətində layihələr də həyata keçirir.
“TÜRK DÜNYASININ GƏLƏCƏYƏ İSTİQAMƏTLƏNƏN YOLUNDA GÜCLÜ ADDIMLARLA İRƏLİLƏMƏYƏ HAZIRIQ
Layiq görüldükləri “Türk Şurası İnvestisiya Mükafatı”nı dəyərləndirən “SOCAR Türkiyə” Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifov deyib:
“Türk Şurası eyni dildə danışan, eyni idealları bölüşən ölkələrimizin potensialını bütün dünyaya çatdıran güclü ittifaqdır. Bu ittifaq iqtisadi əməkdaşlıqla yanaşı əhatə dairəsini genişləndirərək türk dövlətləri arasında sosial və mədəni əlaqələrin də inkişafına töhfə verir. Türk dünyasına təqdim etdiyi vizyonla dövlətlərimizi və xalqlarımızı ümumi dəyərlərimiz ətrafında birləşdirərək gələcəyə aparır. “SOCAR Türkiyə” olaraq türk dünyasının gələcəyə gedən bu yolunda hər zaman güclü addımlarla irəliləməyə hazırıq. Türkiyədəki investisiyalarımız yalnız Azərbaycan və Türkiyə deyil bütün türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Türk Şurası tərəfində belə bir mükafata layiq görülməyimiz bizim üçün bir mükafatdan daha böyük məna kəsb edir. Fəaliyyətimizi izləyən və təqdir edən Türk Şurasına və üzv ölkələrə “SOCAR Türkiyə” olaraq dərin minnətdarlığımızı bildiririk.”
Bölməyə aid digər xəbərlər