Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“AZBADAM” yüksək istehsal göstəricisi açıqladı - ZAVODU İŞƏ DÜŞÜB, BAZARA YERLİ LƏPƏ ÇIXARILACAQ

Baxış: 666
Badam Emalı Zavodu bir neçə gün öncə işə düşüb. Daxili bazarı tam olaraq keyfiyyətli və aşağı qiymətlə badam ləpəsilə təmin etmək mümkün olacaq. 

Badamçılıq təsərrüfatını dünya standartlarına uyğun həyata keçirən “AZBADAM” MMC şirkəti 2021-2022 badam mövsumu üçün yüksək istehsal göstəricisini açıqlayıb.
Şirkətdən Sahibkartv.az-a verilən məlumata görə,“AZBADAM” bağlarından yığılan badamın həcmi 2200 ton təşkil edəcək.
Həmçinin, “AZBADAM” MMC-yə məxsus Badam Emalı Zavodunun bir neçə gün öncə işə düşməsilədaxili bazarı tam olaraq keyfiyyətli badam ləpəsi ilə təmin etmək, bu istiqamətdə mövcud olan idxaldan yaranan asılılığı minimuma endirmək və yerli bazarda qiymətin aşağı düşməsinə nail olmaq mümkün olacaqdır.
“AZBADAM” MMC şirkətinin əsas hədəflərindən biri də yerli badamın ixracına nail olmaqdır.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.