Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mərkəzi Bank tədavülə yararsız pul nişanlarına ilə bağlı banklara göstəriş verib

Baxış: 266
Azərbaycan Mərkəzi Bankı (AMB) tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə “Tədavüldə təmiz pul siyasəti” həyata keçirirSahibkartv.az-ın verdiyi xəbərə görə, bu barədə qurumun açıqlamasında bildirilir.Məlumatda həmçinin deyilir ki, bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və yaxud AMB-nin müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.
Bununla belə, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxaq Bankı” ASC-yə (ABB) məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb.
Bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır. Bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən ABB-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.