Day, Month 00, Year
00: 00: 00 AM
Rusiya qurumu: Azərbaycan meyvələrində karantin obyektlərinin aşkarlanmasından narahatlığını bildirib


Azərbaycan rəsmisi "Rosselxoznadzor" ilə danışıqlar apararkən, Azərbaycan meyvələrində karantin obyektlərinin aşkarlanmasından narahatlığını bildirib. 
Sentyabrın 10-da Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətilə ("Rosselxoznadzor")  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikaylov arasında video formatında danışıqlar aparılıb.
Sahibkartv.az xəbər verir ki. bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Rusiya tərəfi karantin obyekti olan Azərbaycandan alınan nektarin və ərik partiyalarında qəhvəyi monilious rot (Monilinia fructicola) aşkarlanması barədə məlumat verib (qeyd edək ki, bu partiyalar geri qaytarılıb və ya məhv edilib). AQTA  bakteriyaların aşkarlanmasından  narahatlığını bildirib.  
"Rosselxoznadzor", bakteriyalı yüklərin Rusiya Federasiyası ərazisinə göndərilməsinin qarşısını almaq üçün tədbirlər görmək, o cümlədən Rusiyaya göndərilən hər yükü izləmək, habelə hadisənin səbəblərini araşdırmaq və nəticələri barədə məlumat verməyi isitəyib. 


Tarix: 10-09-2021, 19:20 Oxunub: 132


Bölməyə aid digər xəbərlər