ABŞ Enerji Nazirliyindən verilən məlumata görə, son bir həftə ərzində ABŞ-da kommersiya (satış üçün) xam neft ehtiyatları 1 milyon 528 min barel azalaraq 423 milyon 867 min barelə düşüb.Sahibkartv.az xəbər verir ki, analitiklər ehtiyatların 4,8 milyon barel azalacağını gözləyirdilər.Bakı vaxtı ilə saat 09: 47-də Londonun ICE birjasında Brent nefti 0,81% artıma 72,03 dollardan ticarət olunub.





































