Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avqust ayında Rusiyada illik inflyasiya daha da yüksəlib

Baxış: 219

Avqust ayında Rusiyada illik inflyasiya iyul ayındakı 6.46%-ə qarşı 6.68%-ə yüksəlib.
SahibkarTV.az-"Rosstat"ın məlumatlarına istinadən xəbər verir ki, aylıq olaraq istehlakçı qiymətləri 0,17% artıb.
Ərzaq məhsullarının qiymətləri avqust ayında iyul ayına nisbətən 0,51% azalıb, illik olaraq (ötən ilin avqustu ilə müqayisədə) 7,7% artıb. Qeyri -ərzaq məhsulları isə aylıq 0,8% və illik 7,97% artıb. Avqust ayında xidmətlərin dəyəri aylıq olaraq 0,32%, illik olaraq isə 3,78% artıb.
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov daha əvvəl bildirib ki, yenilənmiş makro proqnozda cari il üçün Rusiya Federasiyasında inflyasiya proqnozu (5%) çox artırıla bilər. Eyni zamanda, nazirin sözlərinə görə, ikinci rübün nəticələri ilə bağlı məlumatlar iqtisadiyyatın 2019 -cu ilin dördüncü rübü səviyyəsinə çatdığını göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.