17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Pərviz Heydərov yazır...
İqtisadiyyatda bərpa prosesi ilə yanaşı istehlak bazarında bahalaşmanın da davam etməsi xüsusi diqqət və izahat tələb edir. Çünki bir var, iqtisadi canlanmanın təsiri nəticəsində yaranan, başqa sözlə desək, iqtisadi aktivliyin arxasında gələn bahalaşma, bir də var ki, mövcud iqtisadi canlanma üçün buxova çevrilə bilən, yəni iqtisadi aktivliyin qabağında gedən bahalaşma.
Ölkədə real bahalaşma təəssüf ki, sonuncudandır.
Ötən şərhlərimizdə də yazmışdım ki, hökumətin inflyasiyaya aid cari ilə dair proqnozu dörd faiz ətrafında təşkil edir və israrla vurğulanır ki, bu özünü doğruldacaq. İstehlak qiymətlərinin real artım səviyyəsi isə belə deməyə əsas vermir. İlin ilk yeddi ayının nəticəsinə görə ölkədə istehlak qiymətlər indeksi 4,5 faiz təşkil edib. Artıq, payız mövsümü yetişdiyindən tələbin bir az da artacağını nəzərə alsaq, qeyd olunan rəqəmin daha çox yüksələcəyi gözlənilir.
Sual yaranır ki, bəs, buna səbəb nədir? Ümumiyyətlə, qiymətlərin yüksəlməsinin qarşısını necə almaq olar? Bahalaşmadan sığortalanmaq üçün hansı tədbirlər görülməlidir?
Ölkədə bahalaşmaya əsas hərəkətverici qüvvə xidmət və ərzaq məhsullarıdır. Bunu Mərkəzi Bank (AMB) da təsdiq edir. Belə ki, ilin əvvəlindən bəri xüsusən, ərzağın qiymətinin yüksəlməsi ümumi inflyasiya həddinin formalaşmasında başlıca rol oynayır ki, qeyri-ərzaq və xidmətlərin qiymət artımının buna təsiri demək olar, hər ay artan tendensiya üzrə inkişaf edir. Cari ilin iyununda illik ərzaq inflyasiyası 5,3 faiz olub və qeyri-ərzaq məhsulları, xidmətlər üzrə isə illik bahalaşma templəri müvafiq olaraq 4,6 və 4 faiz təşkil edib.
İstehlak səbətinə daxil 520 adda mal və xidmətdən 245-nin və ya 47 faizinin qiyməti illik olaraq 0-4 faiz aralığında artıb. Bahalaşma dalğası qeyd olunan rəqəmləri getdikcə şişdirir ki, bu da, ümumi inflyasiya rəqəmini artırmaqda davam edir.
Ölkədə mövcud bahalaşmanın iqtisadi aktivlik dərəcəsindən qabaqda getdiyini təsdiqləyən həm də bunun ilin əvvəlindən etibarən başlanması faktorudur. Xatırladırıq ki, iqtisadiyyat pandemiyanın təsir və təzyiqindən çıxaraq may ayından etibarən bərpa olunmağa başlayıb. May ayı ərzində qiymətlərin artım sürəti daha da yüksək oldu ki, bu da tənəzzülün qarşısının alınması və yaxud səngiməsi ilə üst-üstə düşdüyündən işgüzar fəallığın dirçəlməsi ilə əlaqədar baş verdiyi təəsüratını yaratdı. Ancaq belə deyildi.
Təkrar edirik, bahalaşma yanvardan başlayıb. Və bunun da iki səbəbi var idi. Birincisi, ən çox işlənilən enerjidaşıyıcısı olan Aİ-92 benzin ilə dizel yanacağının yanvardan bahalaşması və fevralın 1-dən də suyun tarifinin artırılması; ikincisi isə neftin dünya bazar qiymətinin 70 ABŞ dolları ətrafında formalaşması ilə tələbatın bərpa olması kimi səbəblərdən ilin əvvəlindən etibarən dünya üzrə də eyni tendensiyanın start götürməsi.
Hazırda bütövlükdə dünya iqtisadiyyatında da bərpa meyilləri müşahidə olunur. Ancaq pandemiya şəraiti hələ tam şəkildə son çatmayıb. Odur ki, yenə məhdudiyyətlərin tətbiq olunacağı ehtimalı var. Bu qorxu hissi və risk vəziyyətində bərpa prosesi kövrək xarakter daşıyır. Bunu bir sıra strateji məhsulların dünya bazar qiymətlərinin dalğalanması faktoru da təsdiqləyir.
Demək, buradan hansı nəticələr çıxır? Ölkəmizdəki bahalaşma həm daxili, həm də xarici səbəblərlə əlaqədardır. Başqa sözlə desəm, Azərbaycanda istehsal xərclərinin artması yerli məhsulların bahalaşmasında əsas rol oynayır. Tənzimlənən məhsulların - yanacağın və suyun qiymətlərinin artırılması istehsalın maya dəyərini yüksəldib. Üstəlik, qaz tariflərinə də iyulun 1-dən dəyişiklik edilib ki, bir müddət sonra elektrik enerjisinin qiymətinə də baxılacağı gözlənilir. Bu gözləntilərin yaratdığı risklər istehsal olunan məhsulların maya dəyərinə mərhələli şəkildə oturmaqda davam edir. Özü də, enerji daşıyıcılarının tarif dəyişiklikləri istehsal dəyərinə birinci dəfədən deyil, mərhələlərlə bütün il boyu ərzində daxil olur.
İnflyasiyanı sürətləndirən daha bir amil isə istehlak xərclərinin artması, yəni tələbin yüksəlməsi faktorudur. Məsələn, toy, kütləvi tədbir və şənliklərə qoyulan məhdudiyyət aradan qaldırıldıqdan sonra xeyli növdə və sayda ərzaq, o cümlədən qeyri-ərzaq məhsullarına tələbat artıb. İstehlak tələbini artıran digər səbəblər də var ki, bunları qoyuruq kənara. Pandemiyadan dərhal sonra isə nə yerli istehsal, nə də idxal imkanları bu tələbi qarşılayacaq səviyyədə deyil. İdxal inflyasiyası özü də, belə şərtlər əsasında yaranır. Buna görə də, qiymətlər istər-istəməz artır.
Nəticə: Bu gün bazarda baş verən təbii bahalaşmadır. Odur ki, hökumət bunun qarşısını inzibati yolla ala bilməz. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, bahalaşmadan sığortalanmaq üçün, yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır. Əməkhaqqları, pensiya, sosial müavinət və ödənişlər yüksəldilməlidir.
Bölməyə aid digər xəbərlər