Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkmənistan Azərbaycana DSP ixracını artırmaq niyyətindədir

Baxış: 237

Türkmənistan Azərbaycana taxta məmulatlarının (DSP) ixrac həcmini artırmaq niyyətindədir.
"Business Turkmenistan" portalı xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkmənistan müəssisəsinə 2 mln. ABŞ dollar dəyərində vəsait ayırmağa qərar qəbul edib. Bununla bağlı layihənin xülasəsi (PSD) AYİB-ın saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, ayrılan vəsait müasir avadanlıqların alınmasına sərf olunacaq. Bu, müəssisəyə istehsal gücünü artırmağa, eləcə də istehsal olunan məhsulların siyahısını şaxələndirməyə imkan verəcək.
Layihənin xülasəsində qeyd olunur ki, Türkmənistan istehsalçısına maliyyə yardımı göstərilməsi şirkətə qonşu dövlətlərə – Tacikistan, Azərbaycan, Özbəkistana ixrac tədarükünün həcmini artırmağa imkan verəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.