Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Son 10 ildə neft-qaz layihələrinə 130 milyard dollara yaxın investisiya yatırıb

Baxış: 359
Bu göstərici ilə dünyada 2-cidir...
Asiyanın ən iri iqtisadiyyatlarından olan Cənubi Koreyanın dövlət maliyyə institutları son 10 ildə qlobal ənənəvi yanacaq, xüsusən neft-qaz layihələrinə 127 milyard dollardan artıq investisiya yatırıb.
Sahibkartv.az Financial Times-a istinadla xəbər verir ki, bu barədə “Solutions for our Climate” adlı QHT-nin hesabatında qeyd olunur.
Koreya İnkişaf Bankı, İxrac-İdxal Bankı (KEXIM) və Koreya Ticarət Sığortası Korporasiyası neft-qaz layihələrinin ən iri sponsorları arasındadır. Son 10 ilin nəticəsinə görə, Cənubi Koreya Çindən sonra bu tipli layihələrə investisiya edən 2-ci böyük ölkədir.
Maliyyə vəsaitlərinin 60 milyard dollara yaxını xaricdəki enerji stansiyalarına və neft-qaz layihələri üçün gəmiqayırmaya sərf olunub. Ən iri layihələrdən biri Avstraliyadakı 5,6 milyard dollarlıq maye qaz emalı layihəsidir. Cənubi Koreyanın SK E&S şirkəti burda 40%-ə yaxın paya malikdir.
Müqayisə üçün bildirək ki, son 10 ildə ən çirkli enerji növlərindən biri olan kömür sənayesinə Cənubi Koreya 10 milyard dollar investisiya yatırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.