20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
2021-ci ilin iyul ayı ərzində xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.
Sahibkartv.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.
Belə ki, 2021-ci ilin iyul ayında banklar tərəfindən 119 105 200 ABŞ dollarının alışı, 94 189 000 ABŞ dollarının isə satışı həyata keçirilib. 2020-ci ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 24,2 faiz çox, satışı isə 37,6 faiz az olub.
Bu dövr ərzində 548 900 ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 878 600 funt sterlinq həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 38,1 faiz çox, satış isə 1,3 faiz az olub.
İyul ayında banklar tərəfindən 6 219 400 avro həcmində alış baş tutub. Dövr ərzində 17 442 200 dəyərdə avro satışı təmin edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 27,6 faiz çoxalıb, cari valyuta üzrə satış həcmi də 16,9 faiz azalıb.
Ötən ay ərzində 1 751 527 400 Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 182 588 000 rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 28,7 faiz artıb. Həmçinin, satışı da 2020-ci ilin iyul ayı ilə müqayisədə 7,3 faiz çox olub.
Qeyd edək ki, 2021-ci ilin iyul ayında dörd xarici valyutanın - dollar, funt sterlinq, avro və Rusiya rublunun banklar tərəfindən alış həcmləri, yəni əhali tərəfindən satışı artıb.
Həmçinin, ötən ilin eyni dövrünə nəzərən Rusiya rublunun banklar tərəfindən satışı və ya əhali tərəfindən alış həcmləri də artıb. Digər üç valyutanın (dollar, avro, funt sterlinq) əhali tərəfindən banklardan alış həcmləri isə azalıb.
Bölməyə aid digər xəbərlər