Day, Month 00, Year
00: 00: 00 AM
ABŞ, strateji neft ehtiyatından son 30 ilin ən böyük satışını elan etdi

Amerika Birləşmiş Ştatları 621 milyon barel olan strateji neft ehtiyatından satışa hazırlaşır.
Sahibkartv.az xəbər verir ki, ABŞ Energetika Nazirliyi bazar ertəsi günü elan edib ki, dövlət ehtiyatından 20 milyon barel xam neft satışa çıxarılacaq. Bu, dünya bazarına tədarükü kəsən Küveyt müharibəsi dövründə ABŞ-ın 30 milyon barel satışından sonra ən böyük strateji neft satışlarından biri olacaq (1991-ci ildən bəri).
Dövlət neftini almaq istəyən şirkətlərin təklifləri avqustun 31 -dək qəbul ediləcək və ticarətin nəticələri sentyabrın 13 -də açıqlanacaq. 
Neft satışından əldə edilən gəlir ABŞ Xəzinəsinə gedəcək və büdcə kəsirinin maliyyələşdirilməsinə sərf olunacaq.
ABŞ -ın 1970 -ci illərdən bəri topladığı strateji neft ehtiyatlarından Barak Obama rəhbərliyi dövründə bir neçə dəfə satılmışdır.


Tarix: 24-08-2021, 09:18 Oxunub: 93


Bölməyə aid digər xəbərlər