Azərbaycan bu il 5 milyon 959 min ABŞ dolları dəyərində (10 milyon 130 min manat) 156 min 566 vahid mühərriksiz velosiped idxal edib.Dövlət Statistika Komitəsinin məlumatına görə, bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 39,1%, dəyər ifadəsində isə 58,9% çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın idxal etdiyi velosipedlərin demək olar ki, hamısı (99,5%-i) Çindən tədarük olunub.





































