Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dollar indeksi yenidən yüksəlməyə başlayıb

Baxış: 361

Amerika sənayesinə dair müsbət fundamental göstəricilərin açıqlanmasından sonra dollar indeksi yenidən yüksəlməyə başlayıb. Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində də ucuzlaşma davam etməkdədir. Qızıl qiymətləri də müqavimətlə rastlaşaraq, korreksiya edib. 
Təhlillərə əsasən, avro 1.16, funt sterlinq 1.36$-a kimi ucuzlaşa bilər. Asiya sessiyasında Yeni Zelandiya Mərkəzi Bankının faiz artırmaması qərarı, qızılın yenidən bahalaşmasına səbəb olsa da korreksiyası yenidən 1777$-a kimi dərinləşə bilər. 
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da İngiltərədən inflyasiya və saat 22:00-da FED-in toplantı protokolunun yayımlanması da böyük maraqla gözlənilir. 
Kriptovalyuta birjalarında bitkoin dolların dəyər qazanması fonunda 45000$-a düşüb. Burada da korreksiya məzənnənin 44000$-ın üzərində qalması ilə kifayətlənərsə, bahalaşma dalğası yenidən sürət ala bilər. 
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.