Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Səngəçal” terminalından ixrac olunan neft və qazın həcmi AÇIQLANIB - FOTO

Baxış: 589
2021-ci ilin birinci yarısında “Səngəçal” terminalından təxminən 115 milyon barel neft və kondensat ixrac edilib.
“BP Azərbaycan”dan Sahibkartv.az-a verilən məlumata əsasən, bu 2020-ci ilin birinci yasının göstəriciləri ilə müqayisədə 9,4 faiz azdır. 
Bildirilib ki, bu dövrdə 99 milyon barel “Bakı-Tbilisi-Ceyhan” (BTC) vasitəsilə, təxminən 16 milyon barel “Qərb İxrac Boru Kəməri” marşrutu vasitəsilə ixrac baş tutub.
Bu dövr ərzində terminaldan gündəlik orta hesabla 55 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac edilib və bu ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,6 faiz çoxdur.


Qeyd edək ki, AÇG və “Şahdəniz” yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.