2021-ci ilin birinci yarısında kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilib.Sahibkartv.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, iyul ayının əvvəlinə ölkədə 2 867 bankomat, 60 381 ədəd POS-terminal mövcud olub.
Qeyd olunan göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz və 8,1 faiz artım müşahidə olunub. 2020-ci ilin eyni dövrünə nəzərən təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52,9 faizini təşkil etdiyi halda, 2021-ci ilin müvafiq dövrünə bu göstərici 64,9 faiz olub.





































