Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BTQ ilə daşınan konteynerlərin sayı artıb

Baxış: 310
Bu ilin 7 ayı ərzində Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çox konteyner daşınıb.
"ADY Container" şirkətinin yaydığı məlumata görə, 2020-ci ilin 7 ayı ərzində BTQ ilə ümumilikdə 8348 TEU konteyner təyinat stansiyalarına çatdırılıbsa, bu ilin 7 ayı ərzində bu rəqəm 13 610 TEU olub.
Bu ilin iyul ayı üzrəgöstəricilərdə də müsbət dinamika müşahidə olunur. Belə ki, ötən ay 2020-ci ilin iyul ayı ilə müqayisədə BTQ ilə daşınan konteynerlərin sayında 109 % artım qeydə alınıb.
Qeyd edək ki, bu ilin 7 ayı ərzində daşınan 13 610 TEUkonteynerdən 92 faizini tranzit yükdaşımaları təşkil edir.
BTQ dəmiyolu xətti ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin – Türkiyə, Orta Asiya – Türkiyə və əks istiqamətlərdə daşınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.