Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda hotellərin gəlirləri artıb: Qonaqlamaların sayında əhəmiyyətli artım var - RƏSMİ


2021-ci ilin birinci yarısında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 694 700 olub.
Dövlət Statistika Komitəsindən Sahibkartv.az-a verilən məlumata əsasən, gecəmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz artıb.
Belə ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı ötən ilə müqayisədə 2,6 dəfə azalıb və 132 800 olub. Bu isə ümumi gecələmənin 19,1 faizini təşkil edib.
Azərbaycan vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,3 dəfə artaraq 561 900 olub.
Bu dövrdə mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 25,2 faiz artaraq 90 100 000 manat olub. Onun 61,1 faizi otaqların təqdim olunması üzrə xidmətlərdən, 28,3 faizi ictimai iaşə xidmətlərindən, 2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2021-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 9 faiz səviyyəsində olub, hansı ki, 2020-ci ilin yanvar-iyun aylarında bu 7,6 faiz təşkil edib. 


Tarix: 30-07-2021, 22:50 Oxunub: 109


Bölməyə aid digər xəbərlər