19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
2021-ci ilin altı ayı ərzində Azərbaycanın 8,8 milyard dollarlıq ümumi ixracının 1,2 milyard dolları qeyri-neft sektoru üzrə olub.
Sahibkatv.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında məlumat verilib.
Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1 faiz artıb. Cari dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13,2 faizə qədər artıb. Baxılan dövr ərzində adambaşına düşən qeyri-neft və qaz ixracında artım müşahidə edilib. Belə ki, qeyri-neft və qaz ixracı üzrə 2017-ci ilin ilk altı ayı üzrə ildə 82 dollar, 2018-ci ildə 94 dollar, 2019-cu ildə 97 dollar olub. Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 dollara düşsə də, cari ilin altı ayında tarixdə ilk dəfə 116 dollar səviyyəsinə qalxıb.
2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat - pomidor (123,6 milyon dollar) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (121,9 milyon dollar), qızıl isə üçüncü (107,9 milyon dollar) yerdə qərarlaşıb.
Bu dövrdə Rusiyaya 403,8 milyon, Türkiyəyə 309,5 milyon, İsveçrəyə 117,6 milyon, Gürcüstana 80,2 milyon və ABŞ-a 30,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Bölməyə aid digər xəbərlər